Bank Of Baku

«Azərpoçt»un Avtomatlaşdırılmış Korporativ İnformasiya Sistemi payızadək təhvil veriləcək

«Azərpoçt»un Avtomatlaşdırılmış Korporativ İnformasiya Sistemi payızadək təhvil veriləcək
# 23 yanvar 2009 06:44 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» Dövlət Müəssisəsinin Avtomatlaşdırılmış Korporativ İnformasiya Sistemi bu ilin sentyabr ayınadək istifadəyə veriləcək.
RİTN-dən «APA-Economics»ə verilən məlumata görə, layihənin I mərhələsi çərçivəsində artıq iki modulun test istifadəsinə başlanılıb. Bu, mühasibat hesabatlılığı və xidmət ödənişləri modullarıdır. Bununla yanaşı hazırda 3 poçt filialı üzrə 50-dən artıq poçt şöbəsi yeni sistemə qoşulub.
Bu il ərzində nazirlik «Azərpoçt»un subsidiyalaşdırılmasını davam etdirəcək və təkcə poçt işçilərinin əmək haqları üzrə məsrəflərin həcmi 3 mln. manat təşkil edəcək.
Qeyd edək ki, sistemin təşkili üzrə işlər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Bankı, FACP konsaltinq şirkəti, «Azərpoçt» DM, icraçı şirkət olan «HP Azerbaijan» və onun layihədəki tərəfdaşları «Colvir» və «Sinam» şirkətləri tərəfindən həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR