Bank Of Baku

Ötən il Azərbaycanda yerinə yetirilən inşaat işlərinin həcmi 60% artıb

Ötən il Azərbaycanda yerinə yetirilən inşaat işlərinin həcmi 60% artıb
# 23 yanvar 2009 06:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda fəaliyyət göstərən tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin həcmi 2007-ci ilin analoji göstəricisini 59,8% üstələyərək 3 597,9 mln. manat təşkil edib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, görülmüş işlərin 2 733,4 mln. manatını (ümumi həcmin 76%-i) yeni tikinti, yenidənqurma və genişləndirmə, 509,5 mln. manatını (14,2%) əsaslı təmir, 152,5 mln. manatını (4,2%) cari təmir, 202,5 mln. manatını (5,6%) isə sair tikinti işləri təşkil edib.
Qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələri 2 639,5 mln. manatlıq, dövlət tikinti müəssisələri isə 958,4 mln. manatlıq inşaat işləri görüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR