Bank Of Baku

Azərbaycanda mobil telefon nömrələrinin yalnız 79%-i aktivdir

Azərbaycanda mobil telefon nömrələrinin yalnız 79%-i aktivdir
# 23 yanvar 2009 08:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanın telekommunikasiya və poçt müəssisələri tərəfindən təsərrüfat subyektlərinə və əhaliyə faktiki qiymətlərlə 925,7 mln. manatlıq və ya 2007-ci illə müqayisədə 28,2% çox rabitə xidməti göstərilib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, xidmətlərin 76%-i bilavasitə əhaliyə göstərilib.
Göstərilən xidmətlərdən əldə olunmuş gəlirlərin 71,8%-i mobil telefon rabitəsindən yaranıb və 2007-ci illə müqayisədə bu xidmətlərin həcmi 30,1% artıb.
Mobil telefon abunəçilərində olan nömrələrin sayı son bir il ərzində 1,4 mln. artıb, 2009-cu ilin yanvar ayının 1-nə abunəçilərdə olan 5,9 mln. nömrənin 79%-i aktiv nömrələr olub. Hazırda ölkə əhalisinin hər 100 nəfərinə düşən mobil nömrələrin sayı 68 ədəd təşkil edir.
Rabitə xidmətlərinin həcminin artımı Abşeron iqtisadi rayonunda 15,5%, Quba-Xaçmaz iqtisadi rayonunda 16,4%, Dağlıq Şirvan iqtisadi rayonunda 29,8%, Şəki-Zaqatala iqtisadi rayonunda 17,8%, Aran iqtisadi rayonunda 15,8%, Lənkəran iqtisadi rayonunda 15,4%, Gəncə-Qazax iqtisadi rayonunda 13,2% səviyyəsində müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR