Bank Of Baku

Azərbaycanda yaşayış mənzillərinin təxminən 70%-i artıq özəlləşdirilib

Azərbaycanda yaşayış mənzillərinin təxminən 70%-i artıq özəlləşdirilib
# 23 yanvar 2009 09:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda özəlləşdirmə prosesi başlanandan 2009-cu ilin əvvəlinə kimi ümumi sahəsi 22,8 mln. kv. metr olan 417,1 min mənzil özəlləşdirilib. Bu isə özəlləşdirilməsi nəzərdə tutulan ümumi mənzil fondunun 68,8%-nə bərabərdir.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2008-ci ildə Azərbaycan əhalisi tərəfindən ümumi sahəsi 865,2 min kv. metr olan 13 min mənzil özəlləşdirilib. Mənzillərin 7,5 mini (57,8%-i) Bakı şəhərinin sakinləri tərəfindən özəlləşdirilib.
Aşağıdakı cədvəldə respublika üzrə yaşayış mənzillərinin illər üzrə özəlləşdirilməsi prosesinin gedişi göstərilir:

İl

Özəlləşdirilmiş mənzillərin sayı, min mənzil

Özəlləşdirilmiş mənzillərin ümumi sahəsi, min kv. metr

1990

8,0

409,2

1991

14,7

718,5

1992

20,5

1 175,8

1993

32,1

1 681,7

1994

44,0

2 044,9

1995

48,5

2 450,6

1996

42,0

2 302,3

1997

41,6

2 210,8

1998

26,7

1 485,7

1999

16,1

892,5

2000

13,2

730,6

2001

13,7

764,9

2002

13,7

801,7

2003

12,5

724,7

2004

14,6

869,9

2005

16,2

1 015,3

2006

11,4

726,9

2007

14,6

928,7

2008

13,0

865,2



Cədvəldən görünür ki, mənzillərin sayına görə özəlləşdirmə daha fəal 1995-ci ildə (48,5 min mənzil və ya 2 450,6 min kv. metr) aparılıb. Ən minimal göstərici isə 1990-cı ildə (8 min mənzil və ya 409,2 min kv. metr) qeydə alınıb. Son 10 il ərzində isə yalnız 2005-ci ildə özəlləşdirilən yaşayış mənzillərinin sahəsi 1 mln. kv. metr həddini keçərək 1 015,3 min kv. metr (16,2 min mənzil) təşkil edib.
Aşağıdakı qrafikdə isə mənzillərin özəlləşdirilməsi prosesinin illər üzrə dinamikası göstərilir:

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR