Bank Of Baku

Azərbaycanın üç əsas şəhərində ötən il 60,3 mindən artıq daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı aparılıb

Azərbaycanın üç əsas şəhərində ötən il 60,3 mindən artıq daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı aparılıb
# 23 yanvar 2009 14:58 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Ötən il Bakı şəhərində 45 376, Sumqayıt şəhərində 7 890, Gəncə şəhərində isə 7 043 daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı aparılıb. Bu barədə «APA-Economics»ə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən (DƏDRX) məlumat verilib.
İl ərzində üzərində hüquqlar ilk dəfə qeydiyyata alınan əmlakların ümumi sayı Bakıda 14 714, Sumqayıtda 3 944, Gəncədə isə 2 688 olub. Ötən il Bakıda həm ilkin, həm də təkrar qeydiyyatı aparılan daşınmaz əmlak obyektlərindən 6 307-si fərdi yaşayış və bağ evi, 28 632-si mənzil, 7 487-si torpaq sahəsi, 133-ü qeyri-yaşayış binası, 2 638-i qeyri-yaşayış sahəsi, 173-ü əmlak kompleksi, 6-sı çoxmərtəbəli yaşayış binasıdır.
Sumqayıt şəhərində bu dövrdə 1 040 fərdi yaşayış və bağ evi, 5 136 mənzil, 1 437 torpaq sahəsi, 171 qeyri-yaşayış binası, 98 qeyri-yaşayış sahəsi, 8 əmlak kompleksi kimi müəssisə üzərində hüquqların qeydiyyatı aparılıb.
Gəncə şəhərində isə il ərzində həm ilkin, həm də təkrar bazar üzrə üzərində hüquqların qeydiyyatı aparılan daşınmaz əmlak obyektlərinin 3 022-si fərdi yaşayış və bağ evi, 3 403-ü mənzil, 363-ü torpaq sahəsi, 145-i qeyri-yaşayış binası, 67-si qeyri-yaşayış sahəsi, 43-ü isə əmlak kompleksi kimi müəssisə olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR