Bank Of Baku

«Akkord» şirkəti məzuniyyətə göndərdiyi daha 700 işçini geri çağırıb

«Akkord» şirkəti məzuniyyətə göndərdiyi daha 700 işçini geri çağırıb
# 26 yanvar 2009 10:14 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Akkord İnşaat-Sənaye» ASC məzuniyyətə göndərdiyi daha 700 nəfər işçini geri çağıraraq işə cəlb edib. Bu barədə «APA-Economics»ə «Akkord» şirkətinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, ilin əvvəlində «Akkord İnşaat-Sənaye» ASC müxtəlif layihələrdə çalışan 1500-ə yaxın işçinin bir ay müddətində məzuniyyətə göndərib. İqlim şəraitinin və havanın temperaturunun müsbətə doğru dəyişməsi işlərin qismən yenidən bərpa olunmasına şərait yaradıb. Yanvarın 16-da şirkət məzuniyyətə göndərilmiş işçilərdən 500 nəfərini geri çağırıb. Artıq digər infrastruktur layihələri üzrə də iş fəaliyyətini bərpa edən şirkət yanvarın 26-da əvvəl məzuniyyətə göndərilmiş daha 700 nəfərin işə geri qaytarılması ilə bağlı qərar qəbul edib. Bu işçilər yenidən qurulan Bakı-Şamaxı yolunda və beton örtüklü Bakı-Rusiya sərhədi yolunda işləri davam etdirəcəklər. Qalan 300 işçinin isə yaxın günlərdə geri çağırılacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR