Bank Of Baku

Azərbaycanın www.navigator.az axtarış sistemi məlumat bazasını genişləndirir

Azərbaycanın www.navigator.az axtarış sistemi məlumat bazasını genişləndirir
# 26 yanvar 2009 11:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın milli məlumat-axtarış sistemi olan www.navigator.az ölkədə aparıcı məlumat-axtarış resursuna çevrilib.
İKT İnformasiya Mərkəzindən «APA-Economics»ə verilən məlumata görə, bu günə kimi bu sistemdə 8 200 qurum haqqında məlumat yerləşdirilib. Sistemdə nazirliklər və digər dövlət qurumları, o cümlədən mənzil-istismar idarələri, ATS-lər, poçt şöbələri və s., həmçinin biznesə aid 230-dan çox sahə və seqmentləri əhatə edən kommersiya qurumları qeydiyyatdan keçib.
Bundan başqa, gələcəkdə www.navigator.az saytında müxtəlif xidmət və servislərin genişləndirməsi planlaşdırılır. Belə ki, istifadəçilər saytda «Tanışlıq», «Video», «Afişa», «TV proqram», «Fotozarafatlar» və «Lətifələr» kimi xidmətlərdən də istifadə edə biləcəklər. Gözlənilən yeniliklər arasında Bakıda havanın temperaturu haqqında məlumatları sayta avtomatik şəkildə ötürülməsi məqsədilə şəhərdə rəqəmsal peşəkar meteostansiyanın quraşdırılmasını da qeyd etmək olar.
Qeyd edək ki, saytın hazırlanmasında Bakı, Moskva, London, Kiyev, Donetsk, Odessa, Xarkov və Novosibirsk şəhərlərindən olan İT-mütəxəssislər iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR