Bank Of Baku

Azərbaycana yeni «Hyundai» avtomobil modeli gətirilib

Azərbaycana yeni «Hyundai» avtomobil modeli gətirilib
# 26 yanvar 2009 12:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Cənubi Koreyanın «Hyundai» avtomobillərinin Azərbaycanda rəsmi distribütoru olan «Hyundai Auto Azerbaijan» şirkəti ölkəyə yeni «Hyundai Genesis» modelini idxal edib.
«Hyundai Auto Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, bu günədək Azərbaycana yeni modeldən 1 ədədi gətirilib ki, artıq həmin avtomobil satılıb: «Fevral ayından etibarən isə «Hyundai Genesis» modelinin ölkəyə kütləvi idxalı başlanacaq. Yeni model bir-neçə komplektasiyada olacaq ki, avtomobilin satış qiyməti isə təxminən 43 min manatdan başlayacaq».
Qeyd edək ki, yeni «Hyundai Genesis» modeli 3,8 litr həcmli (290 at gücü) mühərriklə təchiz olunub. Yeni model ilk dəfə olaraq ötən ilin avqust ayında Moskvada (Rusiya) keçirilən beynəlxalq avtomobil sərgisində nümayiş olunub.
Xatırladaq ki, «Hyundai Auto Azerbaijan» şirkəti ölkədə 1996-cı ildən fəaliyyət göstərir. Hazırda şirkətin Bakı şəhərində 4 satış və 4 servis mərkəzi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR