Bank Of Baku

«İntrans» şirkəti İnternet tariflərini martdan endirəcək

«İntrans» şirkəti İnternet tariflərini martdan endirəcək
# 27 yanvar 2009 07:05 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın ilk İnternet provayderi olan «İntrans» şirkəti bu ilin mart ayından etibarən mövcud xidmət tariflərində endirim tətbiq etməyi nəzərdə tutur. Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata əsasən, hazırda şirkətin mütəxəssisləri endirimin hansı formada və hansı səviyyədə həyata keçiriləcəyi ilə bağlı araşdırmalar aparırlar. Qeyd edək ki, tarif siyasətində endirimin tətbiqi dövlət tərəfindən İnternet provayderləri üçün mövcud xidmət tariflərinin aşağı salınması ilə bağlıdır.
Hazırda «İntrans»ın Dial-up xidmətlərinə mövcud tariflər 11,80-42,48 manat, ADSL üzrə I tarif planı çərçivəsində 128-1024 Kbit/s üçün 51,92-401,20 manat təşkil edir. Lakin II və III tarif planları çərçivəsində aylıq abunə haqqı (1024/256 Kbit/s sürətlə, 2 Qb trafiki) 23,60 manatdır, əlavə hər 1 Mb trafik üçün II tarif planı üzrə 0,00118-0,0236 manat, III tarif planı üzrə isə 0,0708 manatdır.
İnternet kartların qiymətləri isə nominaldan asılı olaraq (10-100 saat) 1 manatdan 20 manatadək dəyişir, məhdudiyyətsiz aylıq istifadə imkanı isə 20 manatdır.
Qeyd edək ki, «İntrans» şirkəti 1991-ci ildə yaradılıb və Azərbaycanda ilk dəfə İnternet şəbəkəsinə çıxış təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR