Bank Of Baku

Dünya Bankının dəmir yolu missiyası Azərbaycana gəlib

Dünya Bankının dəmir yolu missiyası Azərbaycana gəlib
# 27 yanvar 2009 07:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya Bankının (DB) dəmir yolu missiyası «Dəmir yolu və ticarətin dəstəklənməsi Layihəsi» çərçivəsində Azərbaycan hökuməti ilə danışıqlar aparmaq məqsədi ilə Bakıda səfərdədir. Bu barədə «APA-Economics»ə DB-nın Bakı ofisindən məlumat verilib.
DB-nın ofisindən bildirilib ki, layihənin rəhbəri olan Cerald Olivyenin başçılıq etdiyi bu missiyanın Bakıya səfəri yanvarın 30-dək davam edəcək. Missiyanın əsas məqsədi Azərbaycan Dövlət Dəmir Yolu (ADDY) İdarəsi üçün nəzərdə tutulmuş inkişaf modelinin seçilməsində köməkliyin göstərilməsi və layihə çərçivəsində müzakirələrin aparılmasıdır: «Maliyyə böhranı və ölkə hökumətinin istəyi nəzərə alınmaqla, layihə artıq bu il ərzində imzalana bilər».
Qeyd edək ki, layihənin ümumi dəyəri 795 mln. ABŞ dolları məbləğində qiymətləndirilir. Bunun 450 mln. dollarının ayrılmasını DB-nın Direktorlar Şurası artıq ötən ilin mart ayında təsdiqləyib. Kredit 17 il müddətinə ayrılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR