Bank Of Baku

Azərbaycan Dövlət Sərhəd Xidməti iki sərhəd gözətçi gəmisinin təmirinə dair tender keçirir

Azərbaycan Dövlət Sərhəd Xidməti iki sərhəd gözətçi gəmisinin təmirinə dair tender keçirir
# 27 yanvar 2009 08:08 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Sərhəd Xidməti 2009-cu ilin tələbatı üçün iki sərhəd gözətçi gəmisinin tərsanə təmiri işlərinin görülməsi məqsədi ilə tender elan edib. Bu barədə «APA-Economics»ə DSX-nın Tender Komissiyasından məlumat verilib.
Tender iki lot üzrə keçirilir. Birinci lot üzrə iştirak haqqı 200 manat, ikinci lot üzrə isə 300 manatdır.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdır. İddiaçılar tenderdə iştirak etmək üçün sənədləri (tender təklifi, bank zəmanəti və iş qrafiki istisna olunmaqla) martın 2-dək, tender təklifi, bank zəmanəti və iş qrafikini isə martın 9-dək Tender Komissiyasına təqdim etməlidirlər. Tender təkliflərinin qiymətləndirilməsinə martın 10-da başlanılacaq.
Tenderdə iştirak etmək istəyənlər iştirak haqqını ödəməklə əsas şərtlər toplusunu DSX-nın Bakı şəhəri, Z.Əliyeva küçəsi,30 ünvanında yerləşən inzibati binasından əldə edə bilərlər. Əlaqə telefonu: (+994 12) 498 01 36
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR