Bank Of Baku

«AdaNet» şirkəti fevralın 1-dən yeni güzəşt kampaniyasına başlayır

«AdaNet» şirkəti fevralın 1-dən yeni güzəşt kampaniyasına başlayır
# 27 yanvar 2009 08:17 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. «Azerbaijan Data Network» (AdaNet) şirkəti bu ilin fevral ayının 1-dən etibarən 75, 100 və 150 saatlıq İnternet kartlarının satışı üzrə «2+1» güzəşt kampaniyasına start verəcək.
«AdaNet»dən «APA-Economics»ə verilən məlumata görə, kampaniyanın şərtlərinə əsasən, iki həftə ərzində 2 ədəd 75 saatlıq kartı, üç həftə ərzində 2 ədəd 100 saatlıq kartı və ya dörd həftə ərzində 2 ədəd 150 saatlıq kartı yükləyən istifadəçilərə üçüncü İnternet kartı pulsuz yükləniləcək.
Bununla yanaşı bildirilib ki, bir ildən artıq qüvvədə olan 75, 100 və 150 saatlıq kartlar üçün nəzərdə tutulmuş «1+1» kampaniyası isə bu ilin yanvarın 31-də dayandırılacaq.
Azərbaycanda dövlət tərəfindən yanvar ayından İnternet trafiki üzrə mövcud tariflərin azaldılması ilə bağlı «AdaNet» şirkətinin rəhbərliyi xidmətlər tarifləri üzrə gələcək endirimlər ətrafında araşdırmalar aparır və bununla bağlı hələ konkret planları yoxdur.
Qeyd edək ki, «Azerbaijan Data Network» QSC 1998-ci ilin iyun ayından fəaliyyət göstərir və ölkənin aparıcı İnternet provayderlərindəndir. Şirkətin təsisçiləri rolunda Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (51%) və Almaniyanın «ALKOM Informations-Tehnologien» şirkəti (49%) çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR