Bank Of Baku

«Azercell» şirkəti Şri Lanka ilə ilk rouminq müqaviləsi bağlayıb

«Azercell» şirkəti Şri Lanka ilə ilk rouminq müqaviləsi bağlayıb
# 27 yanvar 2009 08:27 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkəti ilə Şri Lankanın «Tigo» operatoru arasında GPRS/MMS rouminq xidməti istifadəyə verilib.
«Azercell»in Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu, «Azercell»in Şri Lanka ilə ilk rouminq müqaviləsidir.
«Azercell Telecom» şirkəti indiyədək 68 ölkənin mobil rabitə operatorları ilə 164 GPRS/MMS rouminq sazişi bağlayıb.
Qeyd edək ki, 1996-cı ildə yaradılan «Azercell» şirkəti ümumilikdə bu günə kimi 146 ölkənin mobil rabitə operatorları ilə 371 rouminq sazişi bağlayıb. Şirkətin 3,5 mln. abonenti var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR