Bank Of Baku

«Bakinternet» ADSL və ayrılmış xətlə İnternetə qoşulma xidmətlərinin tariflərini 2-3 dəfə endirəcək

«Bakinternet» ADSL və ayrılmış xətlə İnternetə qoşulma xidmətlərinin tariflərini 2-3 dəfə endirəcək
# 27 yanvar 2009 11:36 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın «Bakinternet» dövlət İnternet provayderi bu ilin fevral ayının 1-dən etibarən İnternet tariflərini azaldacaq. Provayderin Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata əsasən, İnternetin inkişafı və yeni xidmətlərə tələbatın artması ilə əlaqədar, ADSL modemi qoşulmaqla genişzolaqlı İnternet və ayrılmış xətt vasitəsi ilə İnternetə qoşulma xidmətlərinin qiymətləri tarif paketindən və kanalların sürətindən asılı olaraq 2-3 dəfə endiriləcək. Endirim əsasən trafikin sürətinin artırılması hesabına baş verəcək.
Belə ki, «Bakinternet»in limitsiz tarif paketi üzrə 256-6144 Kbit/s sürətli kanallar üçün yeni tarifləri 39-2800 manat arasında olacaq. Trafikə görə 2048 Kbit/s kanalından yeni aylıq istifadə haqqı 8 manat, ay ərzində istifadə edilən trafikin hər 1 Gb üçün ödəniş tarifi 10 manat təşkil edir.
İnternet xidmətlərindən axşam saatlarında (19:00-dan 10:00-dək) istifadə üzrə tarif paketini seçmiş istifadəçilərə bazar və bayram günləri 24 saat ərzində əlavə haqq alınmadan İnternet xidmətləri göstərilir. Bu paket üzrə 256-4096 Kbit/s sürətli kanalların yeni tarifləri 18-325 manat arasında dəyişəcək.
Ayrılmış xətdən aylıq istifadə üçün trafikə görə tarif paketi üzrə birdəfəlik qoşulma haqqı 48 manat, əlavə hər 1 Gb trafikin qiyməti 10 manat, 128-2048 Kbit/s sürətli kanallar üzrə aylıq abunə haqqı 40-670 manat, aylıq abunə haqqına daxil olan trafikin həcmi 4-60 Gb təşkil edir.
Ayrılmış xətdən aylıq istifadə üçün limitsiz tarif paketi üzrə birdəfəlik qoşulma haqqı 48 manat, 128-6144 Kbit/s sürətli kanallar üzrə aylıq abunə haqqı 80-2850 manat olub.
Qeyd edək ki, «Bakinternet» şirkəti Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təsisçiliyi ilə 2001-ci ildə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin nəzdində yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR