Bank Of Baku

Ötən il Azərbaycanda 1000-ə yaxın daşınmaz dövlət obyektinin icarəsindən büdcəyə 4,8 mln. manat daxil olub

Ötən il Azərbaycanda 1000-ə yaxın daşınmaz dövlət obyektinin icarəsindən büdcəyə 4,8 mln. manat daxil olub
# 27 yanvar 2009 11:46 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Ötən il Azərbaycanda 1000-ə yaxın daşınmaz dövlət obyekti icarəyə verilib. Bu barədə «APA-Economics»ə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən (DƏİEDK) məlumat verilib.
Dövlət əmlakının icarəyə verilməsindən 2008-ci ildə dövlət büdcəsinə 4,8 mln. manat daxil olub ki, dövlət büdcəsi üzrə müəyyən edilmiş tapşırıqlar artıqlaması ilə yerinə yetirilib. Daşınmaz dövlət əmlakının icarə haqlarının toplanmasında operativliyin təmin olunması məqsədilə komitə tərəfindən tətbiq edilən avtomatlaşdırılmış ödəniş sistemi üzrə icarəçilər tərəfindən 8 400-ə yaxın ödəniş həyata keçirilib.
Yanvarın 1-i tarixinə 6 229 hüquqi şəxs statuslu dövlət müəssisələri və onların 4 777 filiallarının (cəmi 11 006 təsisat) malik olduğu 113 801 daşınmaz əmlakları barədə məlumatlar dövlət əmlakının Registrində qeydiyyata alınıb. Dövlət və özəlləşdirilən müəssisələrin, habelə hüquqi və fiziki şəxslərə məxsus obyektlərin yerləşdiyi dövlət torpaqları haqqında yaradılmış məlumat bankına 8 600-ə yaxın müəssisə və obyektin yerləşdiyi dövlət torpaq sahəsi barəsində məlumatlar daxil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR