Bank Of Baku

Azərbaycan İnternet Birliyi tariflərin endirilməsinə dair vahid təkliflər paketi hazırlayır

Azərbaycan İnternet Birliyi tariflərin endirilməsinə dair vahid təkliflər paketi hazırlayır
# 27 yanvar 2009 14:12 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan İnternet Birliyi (AİB) ölkədəki provayderlər tərəfindən İnternet tariflərinin endirilməsinə dair vahid təkliflər paketini yanvar ayının sonunadək Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təqdim etmək niyyətindədir. Hazırda AİB-in üzvü olan İnternet provayderləri mövcud tariflərin endirilməsi yollarını araşdırır.
AİB-in sədri Qalib Qurbanovun «APA-Economics»ə verdiyi məlumata əsasən, İnternet xidmətlərinin tarifləri son bir il ərzində provayderlər tərəfindən artıq iki dəfə endirilib və növbəti endirimin onların fəaliyyətinə zərər vurmaması, xidmətlərin rentabelliliyini qoruyub saxlanması üçün hazırda ciddi texniki-iqtisadi araşdırmalar aparılır.
Ekspertlərin fikrincə, ümumiyyətlə, alt provayderlərin xidmətlərinə tariflərin endirilməsi birbaşa iri provayderlərdən asılıdır. Buna görə də kiçik provayderlərdən endirim tədbirlərini yalnız fevralın ortalarından sonra gözləmək olar.
Müşahidəçilər hazırda müşayiət edilən prosesləri analiz edərək bildirirlər ki, bazarda tariflərin endirilməsi əsasən trafikin sürətinin artırılması hesabına həyata keçirilir və əsasən ADSL və ayrılmış xətlər vasitəsi ilə göstərilən İnternet xidmətlərinə aid edilir. Digər xidmətlər üzrə isə, o cümlədən kartlarla göstərilən dial-up xidmətlərinin qiymətləri mümkün olan həddə kimi endirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR