Bank Of Baku

«Aztelekom.NET» şirkəti ADSL və ayrılmış xətlə İnternetə qoşulma xidmətlərinin tariflərini endirəcək

«Aztelekom.NET» şirkəti ADSL və ayrılmış xətlə İnternetə qoşulma xidmətlərinin tariflərini endirəcək
# 27 yanvar 2009 14:40 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın «Aztelekom.NET» dövlət İnternet provayderi bu ilin fevral ayının 1-dən etibarən İnternet xidmətlərinə mövcud tariflərini endirəcək.
«Aztelekom.NET»in Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, ADSL genişzolaqlı İnternet xidmətlərinin tarifləri orta hesabla 63%, ayrılmış xətt vasitəsi ilə İnternetə qoşulma xidmətlərinin tarifləri isə 46% endiriləcək. Bununla yanaşı, birdəfəlik instalyasiya haqqı 50% azaldılacaq.
Provayder 2008-ci ilin noyabr ayından tariflərini artıq üçüncü dəfədir endirir. ADSL xətlərinin yeni tariflərinə əsasən, 256-6144 Kbit/s sürətli kanalların qiyməti 39-2800 manat təşkil edəcək. Bununla yanaşı, ödənilmiş trafik limitsizdir, qoşulma qiyməti isə 5 manat olacaq.
Limitsiz istifadə üçün nəzərdə tutulan ayrılmış xətlərin yeni tarifləri 128-6144 Kbit/s sürətli kanalların qiymətləri 80-2850 manat arasında dəyişir. Ayrılmış xətt üçün birdəfəlik qoşulma haqqı 48 manat olacaq.
Qeyd edək ki, «Aztelekom.NET» şirkəti Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi tərəfindən 2004-cü ilin sentyabr ayında Azərbaycan regionlarında sürətli informasiya mübadiləsinin genişləndirilməsi məqsədi ilə yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR