Bank Of Baku

«Delta Telecom» şirkəti WIMAX texnologiyasının genişmiqyaslı tətbiqinə yaxın iki ay ərzində başlayacaq

«Delta Telecom» şirkəti WIMAX texnologiyasının genişmiqyaslı tətbiqinə yaxın iki ay ərzində başlayacaq
# 28 yanvar 2009 06:58 (UTC +04:00)
Bakı. Aynur – Vəliyeva – APA-Economics. Azərbaycanın «Delta Telecom» şirkəti WIMAX 816XI-mobile texnologiyasının tətbiqi layihəsi çərçivəsində baza stansiyalarının quraşdırılması işlərini başa çatdırmaq üzrədir.
«Delta Telecom» şirkətinin Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yeni xidmətlərin artıq bu ilin yanvar ayının sonuna kimi geniş təqdimatı gözlənilsə də, müəyyən texniki səbəblərlə (lazımi avadanlıqların vaxtında çatdırılmaması) bağlı bu, mart ayına kimi təxirə salınıb.
Xatırladaq ki, artıq Bakı, Abşeron yarımadasında və Sumqayıtda 18-dən artıq baza stansiyası quraşdırılıb. Bununla yanaşı, şirkət yeni texnologiyanı Azərbaycanın regionlarında da tətbiq edir. Respublikanın cənub və şimal bölgələrində zəruri avadanlığın quraşdırılması işləri bu ilin mart ayının sonuna kimi başa çatdırılacaq.
Hazırda yeni texnologiyadan test rejimində «Delta Telecom» şirkətinin ana stansiyasında istifadə olunur. Avadanlığın quraşdırılması işlərini Fransanın «Alkatel» şirkəti həyata keçirir.
Qeyd edək ki, «Delta Telecom» şirkəti 2006-cı ildən universal rabitə xidmətləri göstərir. Regionun ən iri İnternet Backbone şəbəkəsi (provayderlərə rabitə xidmətləri) məhz «Delta Telecom»a məxsusdur. Müasir texnologiyalara əsaslanan Backbone şəbəkəsi platforması vasitəsi ilə Azərbaycanın 100%, Gürcüstanın isə 80%-dək İnternet provayderləri peşəkar səviyyədə İP-Backbone xidmətləri ilə təmin olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR