Bank Of Baku

«Avirtel» şirkəti gələn ay İnternet xidmətlərinin tariflərini endirəcək

«Avirtel» şirkəti gələn ay İnternet xidmətlərinin tariflərini endirəcək
# 28 yanvar 2009 08:50 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. «Avirtel» şirkəti bu ilin fevral ayının 15-dən etibarən ADSL və ayrılmış xətt vasitəsi ilə İnternetə qoşulma xidmətləri üzrə tariflərini endirmək niyyətindədir.
Şirkətin Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata əsasən, ADSL xidmətlərinin istifadəçiləri üçün tariflərin endirilməsi sürətin iki dəfə artırılması hesabına həyata keçiriləcəyi gözlənilir.
Şirkətin təqdim etdiyi 2 Mbit/s ayrılmış xətt vasitəsi ilə İnternet qoşulma xidmətlərinin isə tariflərində qiymət endirimi olacaq.
ABŞ-ın «AvirTel İnc.» şirkətinin filialı və regional ofisi olan «AvirTel» Azərbaycanda 2000-ci ildə yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR