Bank Of Baku

İnternet istifadəçilərinin sayı 1 mlrd. nəfəri ötüb

İnternet istifadəçilərinin sayı 1 mlrd. nəfəri ötüb
# 28 yanvar 2009 12:18 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Bu ilin əvvəlinə dünyada İnternet istifadəçilərinin ümumi sayı 1 mlrd. həddini keçib. Ən çox İnternet istifadəçisi Çində qeydə alınıb və burda 179 mln. nəfər İnternetdən istifadə edir.
«APA-Economics»in «comScore» şirkətinin hesabatı əsasında verdiyi məlumata görə, İnternet istifadəçilərinin sayına görə ikinci yeri ABŞ tutub. Analitiklərin hesablamalarına əsasən, ABŞ-da 163 mln. nəfər İnternet şəbəkəsindən istifadə edir. Üçüncü yerdə isə Rusiya (29 mln. nəfər) qərarlaşıb.
İnternet istifadəçilərinin sayına görə Asiya-Sakit Okean regionu dünya lideridir. Bu bölgədə analitiklər 416 mln-dan çox İnternet istifadəçisinin olduğunu bildirirlər. Avropada İnternet istifadəçilərinin sayı 282 mln-u ötüb, Şimali Amerikada isə 185 mln-a çatıb.
«Internet World Stats» saytının məlumatına görə isə, dünyada İnternet istifadəçilərinin ümumi sayı 1,4 mlrd-a çatır.
Qeyd edək ki, 2008-ci ilin yekunlarına əsasən, Azərbaycanda hər 100 nəfər əhaliyə 18 İnternet istifadəçisi düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR