Bank Of Baku

Dünya mobil telefon bazarı bu il azalacaq

Dünya mobil telefon bazarı bu il azalacaq
# 28 yanvar 2009 13:46 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Dünya miqyasında mobil telefon bazarının həcminin 2009-cu ildə 9% azalacağı gözlənilir.
«APA-Economics»in «Strategy Analytics» təşkilatının hazırladığı proqnozlara əsasən verdiyi məlumata görə, mobil bazarın həcminin azalması 2001-ci ildən sonrakı dövrdə ilk dəfə qeydə alınacaq. Bu ilin birinci yarısının sənaye sektoru üçün əsasən çətin olacağı gözlənilir ki, bu da ilk növbədə maliyyə böhranı nəticəsində ümumi istehlakçı tələbatının azalması ilə bağlıdır. Qeyd olunan tendensiya ilk öncə inkişaf etmiş bazarlarda əks olunacaq.
Proqnozlara əsasən, 2009-cu ildə dünya üzrə ümumilikdə 1,08 mlrd. ədəd mobil telefonun satılacağı gözlənilir. Ötən il isə bu rəqəm 1,18 mlrd. olub. Mobil sənaye yaranandan isə ümumilikdə satış həcminin azalması yalnız 2001-ci ildə müşahidə edilib və bunun nəticəsində bazar həcminin 6% azalması qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR