Bank Of Baku

Azərbaycanda İKT tariflərinin növbəti endirimi gözlənilir

Azərbaycanda İKT tariflərinin növbəti endirimi gözlənilir
# 28 yanvar 2009 15:10 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Bu ilin mart ayının əvvəlinə kimi Azərbaycanda genişzolaglı İnternet xidmətlərinə tariflərin növbəti əhəmiyyətli endirimi gözlənilir.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, bununla əlaqədar nazirlik tərəfindən müəyyən tədbirlərin həyata keçirilməsi planlaşdırır.
Qeyd edək ki, sonuncu dəfə, bu ilin əvvəlində tariflər 2,7 dəfə azaldılıb və artıq İnternet provayderlərin 70%-nin rəsmi veb-saytlarında endirim haqqında ətraflı elanlar yerləşdirilib.
Bununla yanaşı, nazirlik tərəfindən beynəlxalq və şəhərlərarası rabitə tariflərinin də endirilməsi ilə bağlı layihə üzərində iş aparılır. Mobil rabitə operatorlarının tariflərinin azaldılması istiqamətində isə arabağlantı tariflərinin endirilməsi nəzərdə tutulur. Qeyd edək ki, bu qiymət əvvəl 5 qəpik olsa da, sonradan nazirlikdə keçirilən kollegiya iclasında qəbul olunan qərarla bu qiymət 2,5 dəfə endirilərək 2 qəpik səviyyəsində müəyyənləşdirilib. İ.Məmmədovun sözlərinə görə, bu da öz növbəsində mobil operatorlara rabitə xidmətlərinin keyfiyyətini yüksək səviyyədə saxlamaq şərti ilə, mövcud tariflərini endirməyə imkan yaradacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR