Bank Of Baku

Bakı-Rusiya sərhədi avtomobil yolunda inşa olunan iki yol ötürücüsü yaxın günlərdə istifadəyə veriləcək

Bakı-Rusiya sərhədi avtomobil yolunda inşa olunan iki yol ötürücüsü yaxın günlərdə istifadəyə veriləcək
# 29 yanvar 2009 07:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Akkord İnşaat-Sənaye» ASC Bakı-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 11-ci və 16-cı kilometrlərində inşa olunan iki yol ötürücü yaxın günlərdə istifadəyə veriləcək. Bu barədə «APA-Economics»ə «Akkord İnşaat-Sənaye» ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Yolun 11-ci km-dəki (Xırdalan dairəsi) yol ötürücü tunel tipli, 16-cı km-dəki isə körpü tipli yol ötürücüdür. Xırdalan dairəsində tikilən yol ötürücünün uzunluğu yanaşma yollarla birlikdə 700 metr, eni 20 metr, tunelin hündürlüyü 5 metrdir. Bu yol ötürücünün əsas funksiyası şimal istiqamətində gedib-gələn tranzit nəqliyyat vasitələrinin maneəsiz hərəkətinin təmin edilməsindən ibarətdir.
Yolun 16-cı km-də tikilən yol qovşağı üçün körpü-yolötürücü Xırdalan qəsəbəsindən Sumqayıt və Bakı istiqamətində gedən avtomobillərin əsas magistralla müxtəlif səviyyəli kəsişməsini təmin edəcək. Üç aşırımlı yol ötürücünün eni 20 metr, uzunluğu 63 metrdir. Yol ötürücünün hər iki tərəfində 1,5 metr enində piyada səkiləri nəzərdə tutulub.
Qeyd edək ki, «Akkord» şirkəti 2008-ci ilin may ayında Nəqliyyat Nazirliyinin sifarişi ilə Bakı-Rusiya sərhədi avtomobil yolunun 16-134 km-nin beton örtük tikməklə yenidən qurulması işlərinə start verib. Artıq 120 km-lik ərazidə beton örtüyün salınması işləri başa çatdırılıb. Hazırda yol üzərində olan körpü və tunellərdə son tamamlama işləri aparılır. Yolun beton örtüyünün ümumi qalınlığı 28 sm-dir. Betonlama prosesi Almaniyadan gətirilən «Wirtgen» şirkətinin betonsalan maşınları vasitəsilə həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR