Bank Of Baku

Ötən il Azərbaycanda 1,557 mln. kv. metr yaşayış sahəsi istifadəyə verilib

Ötən il Azərbaycanda 1,557 mln. kv. metr yaşayış sahəsi istifadəyə verilib
# 29 yanvar 2009 07:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda ümumi sahəsi 1 556,9 min kv. metr yaşayış evləri istifadəyə verilib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2008-ci il ərzində həmçinin 66 209 şagird yerlik ümumtəhsil məktəbləri, 257 çarpayılıq xəstəxana, növbədə 793 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisəsi, 4 935 yerlik məktəbəqədər uşaq müəssisəsi, 1 220 yerlik klub inşa olunaraq istifadəyə verilib.
Bundan başqa, ötən il ərzində Ağdam, Salyan, Kürdəmir, Oğuz, Sabirabad, Biləsuvar və Qusar rayonlarında Olimpiya İdman Kompleksləri, Bakıda «Muğam evi», Səngəçal Elektrik Stansiyası, şüşə məmulatları istehsalı zavodu, pambıq emalı fabriki, Mərkəzi Gömrük Hospitalı, «Nəsimi» metro stansiyası və «İçərişəhər» metro stansiyasının giriş binası, Zaqatala və Lənkəranda hava limanları, Şamaxıda məişət soyuducuları, Bərdədə asfalt-beton, Qazax rayonunda bentonit gili, Sabirabadda sement, Kürdəmirdə konserv, Qəbələ, Lənkəran və Biləsuvarda süd emalı, Saatlıda biyan emalı, Balakəndə yem istehsalı zavodları, Ağstafada tikiş fabriki, Şəkidə kolbasa məmulatı və pendir istehsalı sexləri, Babəkdə «Duzdağ» Fizioterapiya və Naxçıvanda Əyləncə İdman, Lənkəran Uşaq Sağlamlıq və «Qafqaz» Turist istirahət mərkəzləri, Gəncə, Qazax, Qəbələ və Zaqatalada Müalicə Diaqnostika mərkəzləri, Qəbələdə «Qafqaz» turizm istirahət və «Yengicə istisu» Sağlamlıq və İstirahət kompleksləri, Balakəndə avtovağzal binası, bölgələrdə avtomat-telefon stansiyaları və s. istifadəyə verilib.
Tikintisinə əvvəlki illərdə başlanmış və 2008-ci ildə davam etdirilməsi məqsədəuyğun sayılmış, habelə 2008-ci ildə inşasına başlanmış obyektlərdə tikinti işlərinin aparılması üçün dövlət büdcəsindən ayrılması nəzərdə tutulan 4 326,3 mln. manat vəsaitin 3 569,1 mln. manatından (82,5%-dən) istifadə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR