Bank Of Baku

«Delta Telecom» şirkəti ikinci yarımillikdə İnternet tariflərini endirəcək

«Delta Telecom» şirkəti ikinci yarımillikdə İnternet tariflərini endirəcək
# 29 yanvar 2009 08:21 (UTC +04:00)
Bakı. Aynur – Vəliyeva – APA-Economics. Azərbaycanın «Delta Telecom» şirkəti ayrılmış xətlər üzrə göstərilən İnternet xidmətlərinə tariflərini bu ilin ikinci yarısında endirməyi nəzərdə tutur.
«Delta Telecom» şirkətinin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, şirkət tarif endirimini yalnız iri provayderlər üçün tətbiq etmək niyyətindədir.
Xatırladaq ki, «Delta Telecom» şirkəti sonuncu dəfə, 2007-ci ildə tariflərini təxminən 2 dəfə azaldıb.
Qeyd edək ki, «Delta Telecom» şirkəti 2006-cı ildən universal rabitə xidmətləri göstərir. Qafqaz regionunda ən iri İnternet Backbone şəbəkəsi (provayderlərə rabitə xidmətləri) «Delta Telecom»a məxsusdur. Müasir texnologiyalara əsaslanan Backbone şəbəkəsi platforması vasitəsi ilə Azərbaycanın 100%, Gürcüstanın isə 80%-dək İnternet provayderləri peşəkar səviyyədə İP-Backbone xidmətləri ilə təmin olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR