Bank Of Baku

«Avirtel» şirkəti WIMAX və VoIP xidmətlərinin tətbiqinə hazırlaşır

«Avirtel» şirkəti WIMAX və VoIP xidmətlərinin tətbiqinə hazırlaşır
# 29 yanvar 2009 09:44 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. «Avirtel» şirkəti bu il Azərbaycanda WIMAX və VoIP texnologiyaları üzrə xidmətləri tətbiq etməyi planlaşdırır. VoIP xidməti özündə ənənəvi səsli kommunikasiyanın etibarlılığı və yüksək keyfiyyəti ilə çevik və geniş yayıla bilən İnternet protokolunu birləşdirir.
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hazırda şirkət Azərbaycanda və MDB ölkələrində WIMAX layihəsinin həyata keçirilməsi üzərində iş aparır. «AvirTel» hələ 2005-ci ilin avqustunda və 2006-cı ilin oktyabrında Azərbaycanda WIMAX layihəsinin təqdimatını keçirib. Bu ilin I rübünün sonuna kimi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən şirkətə İP-telefoniya xidmətlərinin göstərilməsi üçün müvafiq lisenziyanın veriləcəyi gözlənilir.
Qeyd edək ki, WIMAX (Worldwide Interoperability for Microwave Access) 802.16 standartı üzərində qurulub, bu da digər radio giriş texnologiyalarından fərqli olaraq obyektin birbaşa görüntüsü olmadan əks olunmuş siqnalla böyük məsafələrdə yüksək sürətli əlaqəni təmin edir. Bu texnologiya istənilən şəraitdə, hətta əhalinin sıx cəmləşdəyi ərazilərdə də yüksək keyfiyyətli kommunikasiya və məlumatın tez ötürülməsini təmin edərək işləyir. Bu, kabel xəttindən istifadə etmədən telefon, İnternet girişi və məlumatın ötürülməsini təmin edir.
WIMAX texnologiyası müasir Wi-Fi şəbəkələrinə nisbətən daha sürətli və daha geniş əhatə dairəsi olan İnternet əlaqəni təmin edir. Wi-Fi kiçik məsafələrdə yerləşən ofis binası, kafe və digər yerlər üçün simsiz rabitə texnologiyasıdır. Wi-Fi-da hot-spotdan kompüterə qədər olan məsafə 10 metrdən çox olmur. WIMAX texnologiyası isə bütöv bir şəhər ərazisində quraşdırılan genişzolaqlı simsiz rabitə şəbəkəsidir, qəbuledicidən baza stansiyasına olan məsafə isə kilometrlərlə ölçülür.
Bu texnologiyanın digər üstünlükləri ondan ibarətdir ki, qoşulma üçün icazə tələb etmir (məsələn, biznes mərkəzinin müdiriyyətindən və ya binanın sahibindən), çünki bu rabitə qoşulan zaman məftil çəkmək və digər tədbirlər həyata keçirməyə ehtiyac yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR