Bank Of Baku

«İlin ümumdünya avtomobili» apreldə Nyu-Yorkda keçiriləcək beynəlxalq sərgidə müəyyənləşəcək

«İlin ümumdünya avtomobili» apreldə Nyu-Yorkda keçiriləcək beynəlxalq sərgidə müəyyənləşəcək
# 29 yanvar 2009 09:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «İlin ümumdünya avtomobili» (WCOTY) müsabiqəsinin təşkilatçıları müsabiqənin finalına keçən avtomobil modellərinin siyahısını açıqlayıb.
«APA-Economics»in məlumatına görə, müsabiqənin qalibi bu ilin aprel ayında Nyu-Yorkda (ABŞ) keçiriləcək beynəlxalq avtomobil sərgisində müəyyənləşəcək.
WCOTY müsabiqəsi 2005-ci ildən keçirilir və şərtlərə əsasən, avtomobil ən azı iki qitənin 5 ölkəsində satılmalıdır.
Müsabiqənin finalında «Audi A4» (sedan və universal), «BMW 7 Series», «Citroen C5» (sedan və universal), «Fiat 500», «Ford Fiesta», «Honda Fit», «Honda Jazz», «Jaguar XF», «Mazda 6», «Mazda Atenza», «Nissan GT-R», «Toyota iQ» və «Volkswagen Golf VI» avtomobil modelləri arasında seçim aparılacaq.
Bundan başqa, WCOTY müsabiqəsinin münsiflər heyəti dünyanın ən yaxşı idman avtomobilini də seçəcək. Namizədlər sırasında «Audi RS 6 Avant», «BMW 135i Coupe / Cabriolet» «Corvette ZR1», «Lamborghini LP560-4 Gallardo», «Mercedes-Benz C63 AMG», «Mercedes-Benz SL 63 AMG», «Mitsubishi Evo X / Evo MR», «Nissan GT-R», «Porsche 911 Carrera» və «Subaru Impreza WRX STI» avtomobil modelləri yer alıb.
Qeyd edək ki, 2005-ci ildə WCOTY müsabiqəsinin qalibi «Audi A6», 2006-cı ildə «BMW 3», 2007-ci ildə «Lexus LS460», 2008-ci ildə isə «Mazda 2» avtomobilləri olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR