Bank Of Baku

Azərbaycanın üç əsas şəhərində ATS-lərin elektronlaşdırılması yaxın aylarda tam başa çatacaq

Azərbaycanın üç əsas şəhərində ATS-lərin elektronlaşdırılması yaxın aylarda tam başa çatacaq
# 29 yanvar 2009 09:57 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın Bakı, Sumqayıt və Gəncə şəhərlərində mövcud analoq ATS-lərinin rəqəmləşdirilməsi prosesinin 2009-cu ilin birinci yarısında tam başa çatdırılması nəzərdə tutulur.
«APA-Economics»in məlumatına görə, rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib ki, hazırda bu məqsədlə Bakı, Gəncə və Sumqayıt ATS-lərinin yenidən qurulması ilə bağlı keçirilən tenderlər üzrə danışıqlar aparılır. Yaxın vaxtda danışıqların başa çatdırılması və icraçı şirkətlərlə müqavilələrin imzalanacağı gözlənilir.
Qeyd edək ki, ölkə üzrə mövcud ATS-lərin elektronlaşma səviyyəsi 2008-ci ilin nəticələrinə görə 83,1% təşkil edib, bu da 2007-ci ilin yekunu ilə müqayisədə 3,6 faiz bəndi çoxdur. Son 5 ildə bu göstərici 34,4 faiz bəndi artıb.
Şəhər yerlərində elektronlaşmanın səviyyəsi 83,8%, o cümlədən Bakıda 85,5%, kənd yerlərində isə 80,3% təşkil edib. Lakin qeyd olunmalıdır ki, son 5 il ərzində şəhər yerlərində ATS-lərin elektronlaşdırılmasının fəallığı 31,2 faiz, kənd yerlərində isə 52,9 faiz bəndi artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR