Bank Of Baku

Azərbaycan Vergilər Nazirliyi kompüterlərin alınmasına dair tender keçirir

Azərbaycan Vergilər Nazirliyi kompüterlərin alınmasına dair tender keçirir
# 29 yanvar 2009 10:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Vergilər Nazirliyi kompüter və kompüter avadanlıqlarının alınması üçün açıq tender elan edib.
Tender Komissiyasından «APA-Economics»ə verilən məlumata görə, tenderdə iştirak etmək istəyənlər 300 manat məbləğində iştirak haqqı ödəməlidir. İddiaçılar sənədlərini bu ilin fevral ayının 27-dək, tender təkliflərini isə mart ayının 2-dək təqdim etməlidirlər.
Qeyd edək ki, təkliflər zərflərinin açılma prosedurası martın 3-də keçiriləcək.
Əlaqə telefonu: (+994 12) 403-89-77.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR