Bank Of Baku

Bu ilin ikinci yarısında Gəncə və Şəkinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulmasına başlanacaq

Bu ilin ikinci yarısında Gəncə və Şəkinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulmasına başlanacaq
# 29 yanvar 2009 10:33 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin ikinci yarısında Azərbaycanın Gəncə şəhəri və Şəki rayonunun su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi üzrə işlərə başlanılacaq. Bu barədə «APA-Economics»ə «Azərsu» ASC-nin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Layihənin həyata keçirilməsi əhalinin yüksək keyfiyyətli içməli su və kanalizasiya sistemi ilə təchiz olunmasına şərait yaradacaq.
Layihə çərçivəsində Gəncə və Şəkidə artezian quyularının qazılması, magistral boru kəmərlərinin və paylayıcı şəbəkənin yenidən qurulması, kanalizasiya şəbəkəsi və təmizləyici qurğuların tikilməsi və s. planlaşdırılır.
Almaniyanın KFW bankı və İsveçrənin İqtisadi Əməkdaşlıq üzrə Dövlət Katibliyi (SECO) tərəfindən maliyyələşdirilən bu layihənin ümumi dəyəri 54,9 mln. avrodur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR