Bank Of Baku

«Azərtelecom» şirkəti yaxın vaxtlarda fəaliyyətə başlayacaq

«Azərtelecom» şirkəti yaxın vaxtlarda fəaliyyətə başlayacaq
# 29 yanvar 2009 11:32 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın «Azərtelecom» şirkəti yaxın vaxtda yerli bazarda daha sərfəli qiymətlərlə İnternet və DATA xidmətləri təqdim edəcək. Hazırda bu istiqamətdə şirkət araşdırmalar aparır və gələcək fəaliyyət planını hazırlayır. Bu barədə «APA-Economics»ə «Azərtelecom» şirkətinin Bakıdakı baş ofisindən məlumat verilib.
Qeyd edək ki, «Azərtelecom» yerüstü stansiyalardan istifadə edərək, beynəlxalq rabitə üzrə xidmətlər göstərmək məqsədi ilə yaradılıb. Gələcəkdə şirkətin ölkənin ən iri telefon və peyk rabitəsi operatoru olacağı gözlənilir.
Xatırladaq ki, «Azertelecom» şirkəti ötən il Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi, «Aztelekom», «Teleradio» İstehsalat Birlikləri və «Azerfon» şirkətinin təsisçiliyi ilə yaradılıb.
«Azerfon» şirkətinin baş direktoru Gido Helbix yeni şirkət haqqında məlumat verərək qeyd edib ki, hazırda «Azertelekom»un hansı texnologiyalar əsasında xidmət göstərəcəyi ilə bağlı araşdırmalar aparılır. G.Helbixin sözlərinə görə, hazırda «Azerfon» şirkətinin texniki bazası CBOSS şirkəti ilə bağlanmış müqaviləyə əsasən GSM 2.75G standartının ən müasir variantında (EDGE və WiMAX-ı dəstələyən), həmçinin 3G standartında fəaliyyəti təmin edən kompleks İT həllər üzərində qurulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR