Bank Of Baku

«Azercell» şirkəti Xorvatiyanın daha bir operatoru ilə rouminq müqaviləsi bağlayıb

«Azercell» şirkəti Xorvatiyanın daha bir operatoru ilə rouminq müqaviləsi bağlayıb
# 29 yanvar 2009 13:49 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» MMC ilə Xorvatiyanın «Tele 2» operatoru arasında GPRS/MMS rouminq xidməti istifadəyə verilib.
«Azercell»in baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu, Azərbaycan operatorunun Xorvatiya ilə bağladığı üçüncü rouminq müqaviləsidir. «Azercell» abonentləri hazırda Xorvatiyanın «Vipnet» və «T-Mobile» operatorlarının xidmətindən yararlanırlar.
Hazırda «Azercell Telecom» MMC 68 ölkənin mobil rabitə operatorları ilə 165 GPRS/MMS rouminq sazişi bağlayıb.
Qeyd edək ki, ümumiyyətlə, «Azercell Telecom» şirkəti indiyədək 146 ölkənin mobil rabitə operatorları ilə 371 rouminq sazişi bağlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR