Bank Of Baku

Bakı Rieltorlar Assosiasiyasının rəsmi təqdimatı keçirilib

Bakı Rieltorlar Assosiasiyasının rəsmi təqdimatı keçirilib
# 30 yanvar 2009 11:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Azərbaycanda fəaliyyətə başlayan «Bakı Rieltorlar Assosiasiyası» İctimai Birliyinin (BRA) təqdimatı keçirilib.
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən BRA-nın prezidenti, «New Europe» daşınmaz əmlak şirkətinin rəhbəri Vəfadar Axundov qeyd edib ki, Assosiasiya artıq 2008-ci ilin oktyabr ayında Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib və bu ilin əvvəlindən faktiki fəaliyyətə başlayıb. Assosiasiyanın yaradılmasında əsas məqsəd Bakıda fəaliyyət göstərən rieltorlar arasında müqavilə əsasında birgə iş aparmaq, vahid bazanın yaradılması, bu sahədə yaranan çətinlikləri aradan qaldırmaq, peşəkar kadrlar hazırlamaq və onlar üçün müvafiq kurslar keçirməkdir: «Hazırda Azərbaycanda fəaliyyət göstərən bir sıra rieltor öz peşəsindən xəbəri belə yoxdur və ölkədə bu sahədə kadr çatışmazlığı mövcuddur. Digər ölkələrlə müqayisədə Azərbaycanda rieltorların peşə səviyyəsi çox aşağıdır. Bunun nəticəsi olaraq, ölkədə rieltor sahəsi inkişaf edə bilmir». V.Axundov həmçinin qeyd edib ki, gələcəkdə BRA-nın ölkənin regionlarında da filialları açılacaq.
Tədbirdə çıxış edən BRA-nın təsisçilərindən bir olan MBA konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimov bildirib ki, Assosiasiyanın nəzdində Peşə Hazırlığı Mərkəzinin yaradılması planlaşdırılır və həmin mərkəzdə rieltorlar yüksək səviyyəli təhsil ala biləcək. Bundan başqa, N.İbrahimov qeyd edib ki, gələcəkdə ölkənin daşınmaz əmlak bazarının elektronlaşdırılması da planlaşdırılır.
«Hazırda Beynəlxalq Maliyyə Korporasiyası (IFC) bizim Assosiasiyaya dəstək göstərir. Ümid edirəm ki, gələcəkdə digər beynəlxalq təşkilatlar da BRA-nın fəaliyyətinə yardım edəcək», - deyə N.İbrahimov bildirib.
Tədbirdə çıxış edən BRA-nın təsisçilərindən olan «Bakı Əmlak» daşınmaz əmlak şirkətinin rəhbəri Emil Cəfərov qeyd edib ki, Assosiasiyanın əsas məqsədi ölkənin rieltor xidmətləri bazarını beynəlxalq standartlara uyğunlaşdırmaq və birgə informasiya mərkəzi yaratmaqdır.
Toplantıda çıxış edən IFC-nin Bakı ofisinin nümayəndəsi Azər Əliyev bildirib ki, bir sıra ölkədə rieltorlar təşkilatında broker şöbələri yaradılır ki, bankla rieltor arasında əlaqə yaradılsın və Azərbaycanda bu təcrübədən istifadə etmək məqsədə uyğundur.
A.Əliyev həmçinin vurğulayıb ki, Azərbaycanda rieltorlar üçün könüllü şəkildə imtahanlar keçiriləcək və sonradan imtahanı uğurla bitirənlərə müvafiq sertifikatlar veriləcək.
Qeyd edək ki, BRA-nın təsisçiləri rolunda «MBA» konsaltinq, «New Europe» və «Bakı Əmlak» daşınmaz əmlak şirkətləri çıxış edir. Hazırda BRA Azərbaycan Sahibkarlar Konfederasiyası və Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti ilə əməkdaşlıq edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR