Bank Of Baku

«Hummer H2» avtomobil modelinin istehsalı dayandırılıb

«Hummer H2» avtomobil modelinin istehsalı dayandırılıb
# 30 yanvar 2009 13:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. ABŞ-ın «Hummer» avtomobil şirkəti ən iri modeli – «H2»-nin istehsalını müvəqqəti dayandırıb.
«APA-Economics»in məlumatına görə, «H2» modelinin istehsalının dayandırılması maliyyə böhranı ilə bağlıdır. Sözügedən modelə tələbat azalıb. Bunun səbəblərindən biri «H2»-nin həddən artıq çox yanacaq istifadə etməsidir ki, bu da maliyyə böhranı dövründə əlverişsiz sayılır.
Əgər iki il bundan öncə ildə 80 min ədəd «H2» avtomobil modeli satılırdısa, hazırda illik satış həcmi iki dəfə azalıb.
Qeyd edək ki, «Hummer» şirkəti istehsalın bu ilin mart ayında bərpa olacağını bildirir. Lakin skeptiklərin fikrincə, bu modelin bir dəfəlik olaraq istehsaldan çıxarılacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR