Bank Of Baku

Yaxın iki ayda Azərbaycanın regionalları da «AzDATACOM» şəbəkəsinə qoşulacaq

Yaxın iki ayda Azərbaycanın regionalları da «AzDATACOM» şəbəkəsinə qoşulacaq
# 30 yanvar 2009 14:34 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Bu il martın sonuna kimi «AzDATACOM» şəbəkəsinə (IP MPLS standartı) artıq Azərbaycanın Salyan, Biləsuvar, Masallı, Lənkəran, Astara, Qəbələ, Ucar, Zərdab, Samux, Tovuz, Ağstafa və Qazax rayonları və Ələt qəsəbəsinin qoşulması nəzərdə tutulub. Bu günə kimi «AzDATACOM» magistral şəbəkəsinin Bakı seqmenti istismara verilib.
Rabitə və İnformasiya Tenxnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, şəbəkənin Bakı dairəsi 10 Gbit/saniyə sürəti ilə informasiyaların ötürülməsini təmin edir.
Yüksək sürətli axın elektron hökumət (e-goverment), elektron bankçılıq (e-banking) layihələrinin icrası üçün geniş perspektivlər yaradacaq. «AzDATACOM» şəbəkəsi şirkətlərə korporativ şəbəkə yaratmaq imkanı verəcək. Şəbəkə «Alcatel» şirkətinin bazası əsasında qurulub, texniki təminat işləri isə «Sinam» şirkəti tərəfindən görülüb.
Bu şəbəkə vasitəsilə video xidmətlər, multimedia xidmətləri, səsin ötürülməsi, virtual gizli şəbəkələrin (VPN) təşkili, genişzolaqlı xidmətlərin istifadəçilərə çatdırılması və s. xidmətlər göstərmək mümkündür.
Qeyd edək ki, bu layihə Rabitə və informasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramının (2005-2008-ci illər) tərkib hissəsidir, icraçı rolunda isə BMT-nin İnkişaf Proqramı (UNDP) və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR