Bank Of Baku

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Lənkəranda müşavirə keçirib

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Lənkəranda müşavirə keçirib
# 31 yanvar 2009 07:32 (UTC +04:00)
Lənkəran. Ağaddin Babayev – APA. Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) Lənkəran rayonunda zona seminar-müşavirə keçirib. APA-nın Cənub bürosunun məlumatına görə, Lənkəran, Cəlilabad, Masallı, Yardımlı, Lerik və Astara rayonlarının torpaq və xəritəçəkmə şöbələri mütəxəssislərinin, yerli idarəetmə qurumları rəhbərlərinin qatıldığı tədbiri giriş sözü ilə Lənkəran şəhər İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Tofiq Rzayev açıb. Seminar-müşavirədə geniş məruzə ilə çixiş edən DTXK aparatının rəhbəri Rafiq Süleymanov torpaq hərrac və müsabiqələri anlayışı, onun keçirilməsi qaydaları, iştirakçıların hüquqi imtiyazları və bu sahədə tətbiq olunan yeniliklər barədə ətraflı məlumat verib. Natiq çıxışında torpaqların bundan sonra hərraclar vasitəsilə satılacağını, ayrı-ayrı rayonlarda torpaq hərracları və satışının təşkil edilməsi məqsədilə komissiyaların yaradılacağını və bu komissiyalara yerli torpaq və xəritəşəkmə şöbələrinin müdirlərinin rəhbərlik edəcəyini diqqətə çatdırıb. R.Süleymanovun sözlərinə görə, praktik məqsədlərlə rayonlar üzrə ilk hərraclar DTXK-nin nümayəndələrinin iştirakı ilə keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR