Bank Of Baku

Bakı-Naxçıvan-Bakı marşrutu ilə aviareyslər bərpa olunub

Bakı-Naxçıvan-Bakı marşrutu ilə aviareyslər bərpa olunub
# 02 fevral 2009 07:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyəti (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərnişin aviareyslərini bərpa edib. Bu barədə «APA-Economics»ə AZAL-dan məlumat verilib.
«Bu gündən etibarən Bakı-Naxçıvan-Bakı aviareysi mütəmadi olaraq yerinə yetirilir və artıq bu gün saat 8:00-da ilk reys yerinə yetirilib. Saat 13:20-də isə ikinci aviareys yerinə yetiriləcək», - deyə AZAL-dan bildirilib.
Qeyd edək ki, dünən axşam saatlarından etibarən Naxçıvanda müşahidə olunan dumanlı hava şəraiti səbəbindən Bakı-Naxçıvan-Bakı marşrutu ilə uçuşlar yerinə yetirilməyib.
Xatırladaq ki, Naxçıvan-Bakı-Naxçıvan istiqamətində gün ərzində 6-7 reys həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR