Bank Of Baku

Yunan mütəxəssisləri Bakıda “Qonaqpərvərlik və turizm sənayeləri üzrə yeni meyllər” mövzusunda seminar keçirir

Yunan mütəxəssisləri Bakıda “Qonaqpərvərlik və turizm sənayeləri üzrə yeni meyllər” mövzusunda seminar keçirir
# 02 fevral 2009 09:48 (UTC +04:00)
Bakı İlhamə İsabalayeva – APA. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Yunanıstan Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə Bakıda “Qonaqpərvərlik və turizm sənayeləri üzrə yeni meyllər” mövzusunda seminar keçirilir. APA-nın məlumatına görə, seminarın açılış mərasimində çıxış edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, fevralın 6-dək davam edəcək seminarın keçirilməsində əsas məqsəd mehmanxana sahəsində çalışan işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, turizm şirkətlərində işi düzgün qurmaq üçüm lazımi bacarıqlara yiyələnməkdir. Nazir 4 il əvvəl Yunanıstanla Azərbaycan arasında turizm sahəsində əməkdaşlığa dair saziş imzalandığını xatırladaraq bu sənəd çərçivəsində iki ölkənin turizm sahəsi üzrə mütəxəssislərinin qarşılıqlı əməkdaşlıq etdiklərini bildirib.

Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İoannis Metaxas isə Azərbaycanla turizm sahəsində əməkdaşlığa böyük önəm verdiklərini söyləyib: “İki ölkə arasında tarixi bağlantılar var. Məqsədimiz xalqlar arasında dostluq əlaqələrini daha da möhkəmləndirməkdir. Bu seminar da məhz bu məqsədə xidmət edir”.

Qeyd edək ki, mehmanxana və restoran menecerləri, turizm şirkətlərinin rəhbər işçiləri, Azərbaycan Turizm İnstitutunun müəllim və tələbələri də daxil olmaqla, 120 nəfər üçün təşkil olunan seminarı Yunanıstan Turizm Nazirliyinin 10 mütəxəssisi aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR