Bank Of Baku

Bakı-İstanbul-Bakı aviareyslərinə biletlər ucuzlaşdırılıb

Bakı-İstanbul-Bakı aviareyslərinə biletlər ucuzlaşdırılıb
# 02 fevral 2009 10:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Türkiyənin «Türk Hava Yolları» («Turkish Airlines») aviaşirkəti Bakı-İstanbul-Bakı marşrutu ilə sərnişin aviareyslərinə biletlərin qiymətini 14% endirib.
«Türk Hava Yolları»nın Bakıdakı nümayəndəliyindən «APA-Economics»ə verilən məlumata görə, bu ilin fevral ayının əvvəlindən martın 31-dək Bakı-İstanbul-Bakı aviareysinə biletin satış qiyməti 335 ABŞ dolları təşkil edəcək: «Bundan öncə aviabiletin qiyməti 390 dollara satılıb».
Qeyd edək ki, «Türk Hava Yolları» Bakı-İstanbul aviareysini həftənin yeddi günü ərzində, gündə iki dəfə, saat 05:15-də və 19:00-da yerinə yetirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR