Bank Of Baku

«Uninet» şirkəti bütün tarif planları üzrə güzəştlər tətbiq edib

«Uninet» şirkəti bütün tarif planları üzrə güzəştlər tətbiq edib
# 02 fevral 2009 10:36 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın «Uninet» şirkəti bu ilin fevral ayının 1-dən etibarən bütün İnternet xidmətlərinin tarif planları üzrə qabaqcadan ödənilən trafik və sürətlərində dəyişikliklər edib. Tətbiq edilən dəyişikliklər arasında yeni billinq sisteminə tam keçidi, bütün tarif planları üzrə 1,2-2 dəfə sürət artımı, trafik üzrə bütün tarif planlarında qabaqcadan ödənilən trafikin 1,4-1,8 dəfə artırılması, «NEO» kateqoriyalı bütün tarif planlarında trafikin limitinin 1,2-1,5 dəfə artırılmasını qeyd etmək olar.
«Uninet» şirkətindən «APA-Economics»ə bildirilib ki, bununla yanaşı, bütün limitsiz tarif planlarında («NEO» və «Freedom» kateqoriyaları) gecə saatlarında və Azərbaycan və «Uninet» şəbəkəsi daxilində sürət 3072 Kb/s-dək artırılıb. Yeni ayın ödənişi edilmədikdə və ya «NEO» kateqoriyalı tarif planlarında limiti aşdıqda, İnternetə qoşulma sürətinin enmə həddi 1,5 dəfə artırılıb.
«Uninet»dən qeyd ediblər ki, qabaqcadan ödənilən ölkə daxili trafikdən artıq hər Mb-nin qiyməti 0,5 qəpik təşkil edir. «Uninet»in daxili lokal trafik və şəbəkə daxilində yerləşən saytlardan yükləmə imkanları pulsuz təqdim edilir.
«Econom NEO» və «Minimal» tarif planlarının qeydiyyatına yenidən başlanır və yeni «Medium Home» tarif planı tətbiq edilib. «Medium Home» tarif planına əsasən, 1536 Kb/s sürətlə İnternetə qoşulma imkanı 80 manata başa gəlir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR