Bank Of Baku

«Hyundai Genesis» avtomobil modeli beynəlxalq mükafata layiq görülüb - FOTO

«Hyundai Genesis» avtomobil modeli beynəlxalq mükafata layiq görülüb - <font color=red>FOTO</font>
# 02 fevral 2009 11:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Cənubi Koreyanın istehsalı olan «Hyundai Genesis» avtomobil modeli uzun aylardır davam edən araşdırma və sorğular nəticəsində avtomobil aləminin ən mötəbər mükafatlarından biri olan «Şimali Amerikanın ən yaxşı avtomobili» mükafatına layiq görülüb.
«Hyundai» avtomobillərinin Azərbaycanda rəsmi distribütoru olan «Hyundai Auto Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, «Hyundai» tarixində bu mükafat ilk dəfə olaraq məhz «Genesis»ə verilib. Belə ki, 16 ildir təqdim edilən «Şimali Amerikanın ən yaxşı avtomobili» mükafatının münsiflər heyəti avtomobillər haqqında yazan ABŞ və Kanadanın ən mötəbər 50 jurnalistindən ibarətdir. Münsiflər heyəti hər il yeni çıxan avtomobilləri innovasiya, dizayn, təhlükəsizlik, idarə olunma, sürücü komfortu və qiymətlə keyfiyyət uyğunluğu kimi kriteriyalar əsasında dəyərləndirir. Builki müsabiqədə 50 yeni avtomobil mükafat uğrunda mübarizə aparıb. Finala isə yalnız üç avtomobil modeli çıxıb ki, bunlar «Volkswagen Jetta», «Ford Flex» və «Hyundai Genesis» olub. «Nissan GT-R», «Audi A4», «Dodge Challenger» və 1-ci seriya BMW kimi modelləri geridə qoyan bu üçlüyün lideri yanvarın sonunda Detroytda (ABŞ) müəyyənləşdirilib. Nəticədə, «Hyundai Genesis» - «Hyundai»ın ilk premium modeli Şimali Amerikanın ən yaxşı avtomobili elan olunub.
«Biz «Hyundai Genesis»lə qürur duyuruq. Bu model bizim avtomobil istehsalımızın flaqmanıdır və özündə avtomühəndisliyin ən son nailiyyətlərini cəmləşdirir. «Genesis»in bu mükafata layiq görülməsi bizi sonsuz dərəcədə sevindirir», - deyə «Hyundai Motor Company»nin baş icraçı direktoru Con Kravçik bildirib.
«Həm «Genesis», həm də «Genesis Coupe» avtomobil modelləri 2009-cu ilin fevral-mart aylarından etibarən Azərbaycanda satışa çıxarılacaq», - deyə «Hyundai Auto Azerbaijan» şirkətindən bildirilib.
Qeyd edək ki, yeni «Hyundai Genesis» modeli 3,8 litr həcmli (290 at gücü) mühərriklə təchiz olunub.
Xatırladaq ki, «Hyundai Auto Azerbaijan» şirkəti ölkədə 1996-cı ildən fəaliyyət göstərir. Hazırda şirkətin Bakı şəhərində 4 satış və 4 servis mərkəzi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR