Bank Of Baku

Azərbaycanda ötən il 290-a yaxın dövlət obyektinin torpaq sahələrindən qeyri-qanuni istifadə halları aşkarlanıb

Azərbaycanda ötən il 290-a yaxın dövlət obyektinin torpaq sahələrindən qeyri-qanuni istifadə halları aşkarlanıb
# 02 fevral 2009 12:01 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) tərəfindən 2008-ci ildə aparılan araşdırmalar nəticəsində 290-a yaxın müəssisə və obyektin torpaq sahələrindən qeyri-qanuni istifadə halları aşkarlanıb. Bu barədə «APA-Economics»ə DƏİEDK-dən məlumat verilib.
Bununla bağlı tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına müraciətlər göndərilib. Eyni zamanda 90-a yaxın obyekt üzrə məhkəmələrdə iddialar qaldırılıb və 25-ə yaxın hal üzrə müvafiq məhkəmə qərarları qəbul edilib.
Dövlət əmlakının icarəsinə görə icarə haqlarını ödəməyən 700-dən çox icarəçiyə dövlət büdcəsinə yaranmış icarə haqqı borcunun tələbi ilə bağlı xəbərdarlıq məktubları göndərilib. İl ərzində icarə haqqını ödəməyən icarəçilərlə bağlı 600-ə yaxın iddia ərizəsi məhkəmələrə göndərilib və bununla bağlı 460 məhkəmə qərarı qəbul edilib.
Hesabat müddəti ərzində 170-ə yaxın müəssisə və səhmdar cəmiyyətlərində dövlət əmlakının mövcudluğu, qorunub saxlanılması və ondan səmərəli istifadə olunması, habelə dövlət büdcəsinə dividentlərin hesablanılması və ödənilməsi vəziyyəti araşdırılıb. Daşınmaz dövlət əmlakının istifadəsi ilə bağlı 1 000-ə yaxın yeni icarə müqaviləsi bağlanılıb, 1 200-ə yaxın müqavilənin isə müddəti uzadılıb. Eyni zamanda, 330-a yaxın müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin istifadəsinə dair icarə müqaviləsi bağlanıb.
Komitə tərəfindən görülən işlərin nəticəsində, 2008-ci il ərzində dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 4,8 mln. manat vəsait köçürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR