Bank Of Baku

Kiber-cinayətkarlar ötən il şirkətlərə 1 trln. zərər vurub

Kiber-cinayətkarlar ötən il şirkətlərə 1 trln. zərər vurub
# 02 fevral 2009 13:11 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Ötən il ərzində dünya miqyasında kiber-cinayətkarların fəaliyyəti nəticəsində şirkətlərin məcmu itkiləri 1 trln. dollar təşkil edib. Bu qiymətləndirmə İT-təhlükəsizlik üzrə ixtisaslaşmış «McAfee» şirkətinin keçirdiyi araşdırmanın nəticələrinə əsaslanır.
«APA-Economics»in məlumatına görə, araşdırmalar ABŞ, Avropa, Çin, Yaponiya və digər ölkələrdə fəaliyyət göstərən 800 şirkətin İT-xidmətlərinin rəhbərləri arasında keçirilən sorğunun nəticələri əsasında aparılıb, itkilər isə şirkətlərin intellektual mülkiyyət itkiləri və İT-infrastrukturun təmirinə çəkilən xərclərinin həcmi ilə müəyyənləşdirilib.
Ekspertlərin fikrincə, dünya maliyyə böhranı ilə əlaqədar kiber-cinayətkarların sayının artacağı gözlənilir və bunun əsasən ixtisara düşmüş işçilər tərəfindən törədiləcəyi gözlənilir.
Sorğuda iştirak edənlərin 25%-dən çoxu Çində yerləşən DATA-mərkəzlərinin xidmətlərindən istifadə etməkdən çəkinir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR