Bank Of Baku

Payızda bazara 10 dollarlıq noutbuk çıxarılacaq

Payızda bazara 10 dollarlıq noutbuk çıxarılacaq
# 02 fevral 2009 13:41 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Hindistanın Banqalor Elmi İnstitutu və Çennay Texnoloji İnstitutu 2 GB həcmində əməliyyat yaddaşına malik olan və cəmi 2 Vt elektrik enerjisi sərf edən kçik ölçülü noutbuk hazırlayıb.
«APA-Economics»in məlumatına görə, kompüterin maya dəyəri 20 ABŞ dolları təşkil edir. Lakin yeni noutbuk satışa çıxarılandan sonra, qiymətin hətta 10 dollara kimi düşəcəyi gözlənilir. Artıq sabah, fevralın 3-də geniş kütlə üçün təqdimatı keçiriləcək prototip hazırda testləşdirilir. Noutbuk ilk növbədə tədris müəssisələri üçün nəzərdə tutulub və bu səbəbdən onun istehsalına dövlət subsidiyaları cəlb ediləcək. Yeni məhsulunun kütləvi istehsalına bu ilin payız aylarında başlanılacağı gözlənilir.
Bu cür ucuz qiymətdə kompüterin buraxılmasında əsas məqsəd Hindistanın 18 mindən artıq təhsil müəssisəsini informasiya texnologiyaları ilə təmin etməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR