Bank Of Baku

Azərbaycanda «cənnət zonası» yaradılır - FOTOSESSİYA

Azərbaycanda «cənnət zonası» yaradılır - <font color=red>FOTOSESSİYA</font>
# 02 fevral 2009 15:02 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, adanın dünyada nadir olmasının əsas səbəbi ondan ibarətdir ki, bu kurort zonda heç bir karbon tərkibli yanacaq növündən istifadə edilməyəcək, xarici resurslardan tam sərbəst olacaq və bütün infrastruktur günəş, su, torpaq və küləklə istehsal edilən vasitələrlə təchiz olunacaq. Məhz bu xüsusiyyətinə görə adaya, Zirə Karbon Emissiyasız Ada (Zira Carbon Neutral İsland) adı verilib.
Layihəyə əsasən, 1 mln. kv. metr sahəsi olacaq yaşıl ada Azərbaycanın 7 əsas zirvələrin geometrik siluetini, dağlıq ekosistemini və təbii landşaftı formasında qurulacaq. Zirvənin hər birində dağ silsiləsinə bənzər «üzvi binalarda» yaşayış və ictimai obyektləri, qolf meydançaları və 300 villa yerləşəcək.
Bundan başqa, adada dayanıqlı və ekoloji təmiz, enerji təchizat kompleksi yerləşəcək və təbii enerji vasitəsi ilə içməli su, kanalizasiyanın təmizlənməsi, hovuzları və kompleksi istiliklə təchiz edəcək günəş enerjisi kollektorları, elektrik enerjisi üçün külək stansiyaları və ekoloji təmiz vegetasiya mühiti yaradılacaq. Layihənin sifarişçisi «Aurosity Holding»dir.
Xatırladaq ki, dünyada bir neçə belə zona yaradılıb. Danimarkada Samso adası, BƏƏ-dəki Masdar, Şanxaydakı Dongtan Ekoloji Şəhəri dünyada «cənnət zonası» kimi tanınır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR