Bank Of Baku

Bakı-Qars-Bakı sərnişin aviareysi apreldən bərpa olunacaq

Bakı-Qars-Bakı sərnişin aviareysi apreldən bərpa olunacaq
# 02 fevral 2009 17:08 (UTC +04:00)
Qars. Vüqar Məsimoğlu-APA. “AzAL”Qapalı Səhmdar Cəmiyyəti aprel ayından etibarən Bakı-Qars-Bakı istiqamətində uçuşları bərpa edəcək. APA-nın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, aviareysin yenidən fəaliyyətə başlaması Azərbaycanın Qarsdakı baş konsulu Həsən Zeynalovun təşəbbüsü və prezident İlham Əliyevin xüsusi göstərişi ilə baş tutacaq. Həsən Zeynalov Türkiyə mətbuatına verdiyi açıqlamada aviareysin “AzAL”ın yeni az tutumlu təyyarələri ilə həyata keçiriləcəyini bildirib: “Bakı-Qars təyyarə reysinin fəaliyyətə başlaması Qarsda yaşayan soydaşlarımızla yanaşı, Azərbaycanda çoxlu qohum-əqrəbası olan İğdır, Ərdahan, Ərzurum, Van, Ağrı kimi bölgələrdə də məmnunluqla qarşılanmışdı. Bu səbəbdən “AzAL” şirjkəti yeni aldığı aztutumlu sərnişin təyyarələri ilə Bakı-Qars-Bakı reysini aprel ayından başlayaraq fasiləsiz olaraq həyata keçirməyə başlayacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR