Bank Of Baku

«Transeurocom» şirkəti ADSL xidmətlərinə tarifləri endirib

«Transeurocom» şirkəti ADSL xidmətlərinə tarifləri endirib
# 03 fevral 2009 08:14 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın «TransEuroCom» şirkəti ADSL xidmətlərinin tariflərində endirim tətbiq edib.
«TransEuroCom» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, yeni ADSL tarif paketinə uyğun olaraq, instalyasiya xidmətləri abunəçiyə pulsuz göstərilir. Yeni tariflərə əsasən, ADSL texnologiyası vasitəsi ilə İnternetə qoşulma xidmətləri 256 Kbit/s-dən 4 096 Kbit/s-dək sürətlə göstərilir. Sürətdən asılı olaraq, aylıq istifadə haqqı 35-1300 manat civarında dəyişir.
Qeyd edək ki, 1 024 Kbit/s və ondan yuxarı sürətlə qoşulan abunəçilər ADSL modemlə «TransEuroCom» tərəfindən pulsuz təmin olunur.
Xatırladaq ki, «TransEuroCom» telekommunikasiya şirkəti 2004-cü ildə yaradılıb və telekommunikasiya sahəsində operatorluq fəaliyyətinə 2006-cı ilin sentyabr ayında başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR