Bank Of Baku

«Penki Continentai» şirkəti Azərbaycan bazarına yeni İT həllər təqdim edəcək

«Penki Continentai» şirkəti Azərbaycan bazarına yeni İT həllər təqdim edəcək
# 03 fevral 2009 09:08 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Litvanın «Penki Continentai» şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri İlqar Həsənov Almaniyanın Padeborn şəhərində keçirilən «Wincor World-2009» bank təminatları və pərakəndə ticarət sərgisində iştirak edib. Tanınmış «Wincor Nixdorf» şirkəti tərəfindən təşkil olunan «Wincor World-2009» sərgisi çərçivəsində bu il «Cash management»,«SmartSafe», «Namos paylane Family», «TP.net», «Lottery» proqram təminatları təqdim edilib.
İ.Həsənovun «APA-Economics»ə verdiyi məlumata görə, «Penki Continentai» şirkəti «Wincor Nixdorf» şirkətinin qızıl tərəfdaşı olduğu üçün sərgidə təqdim olunan məhsulların Azərbaycan bazarında da tətbiqi mümkündür. Ötən ilin yekunlarına görə, Litva şirkəti Azərbaycanda 200 ədəd «Wincor Nixdorf» bankomatı quraşdırıb.
Qeyd edək ki, «Cash management» bankomatlarda nağd pulun idarə edilməsi üzrə moduldur. Bu modul bankomatlarda nağd pulun monitorinqini və artırma prosesinin idarəetməsini və proqnozlaşdırmasını nəzərdə tutur.
«SmartSafe» isə avtomatlaşdırılmış kassa seyfləri üçündür. Eyni zamanda, «Namos Paylane Family» yanacaqdoldurma stansiyasının bütün komponentlərinin idarəetməsi üçün nəzərdə tutulan adi standartlaşdırılmış POS həldir. Əsas təyinatı stansiyalarda ödənişlərin kredit kartlar vasitəsi ilə aparılmasının təmin edilməsidir.
Qeyd edək ki, «Penki Continentai» şirkətinin baş ofisi Litva yerləşir, Azərbaycandakı nümayəndəliyi isə yerli «Komtech» şirkətinin əsasında qurulub. «Penki Continentai-Bakı» 1999-cu ilin sonunda yaradılıb və 1996-cı ildən etibarən fəaliyyət göstərən «Penki Continentai» korporativ qrupunun müəssisələrindən biridir. Şirkət bank texnologiyaları və digər İT həllərin tətbiqi üzrə fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR