Bank Of Baku

Azərbaycanın Milli İnternet Mükafatı çərçivəsində yeni nominasiyalar təqdim olunacaq

Azərbaycanın Milli İnternet Mükafatı çərçivəsində yeni nominasiyalar təqdim olunacaq
# 03 fevral 2009 13:12 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində «NETTY-2009» Milli İnternet Mükafatı Akademiyasının ilkin toplantısı keçirilib. Tədbirdə müsabiqənin müddətləri, qaydaları və proseduraları təsdiq edilib.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, görüş çərçivəsində müsabiqənin keçiriləcəyi müddət ərzində (fevral-may ayları) iştirakçıların qeydiyyat qaydalarına bəzi dəyişikliklərin edilməsi, müsabiqə qaydalarına bir sıra əlavənin edilməsi, Akademiyanın tərkibinin genişləndirilməsi prioritet məsələlər kimi müəyyən olunub.
Bundan əlavə, mükafatın inkişafına yönəldilmiş bəzi əlavə qərarlar qəbul edilib, o cümlədən «Azərbaycanda uşaq ili – 2009» təşəbbüsü altında «Ən yaxşı uşaq saytı» nominasiyası və «2009-cu il – Bakı İslam mədəniyyətinin paytaxtı» proqramı çərçivəsində «Bakı haqqında ən yaxşı sayt» nominasiyası müsabiqədənkənar kateqoriyaların açılmasını qeyd etmək olar. Əlavə nominasiyaların siyahısında 2008-ci ildən mövcud olan müsabiqədən kənar «Ən yaxşı dizayn» nominasiyası dəyişdirilmədən saxlanılıb.
Bundan əlavə, NETTY Akademiyası 2009-cu ildən başlayaraq, «İlin İT-hadisəsi» nominasiyasında Azərbaycan informasiya texnologiyaları sahəsində ən yaxşı layihənin adını açıqlayacaq. Bu nominasiyada mükafata namizəd Azərbaycanda və onun xaricində informasiya texnologiyalarının inkişafına köməklik göstərən layihələrin müəllifləri ola bilər.
Xatırladaq ki, NETTY Milli İnternet Mükafatı - Ümumdünya Şəbəkəsinin milli seqmentinin inkişafı məqsədilə yaradılmış Azərbaycanın ilk analoji peşəkar mükafatıdır. NETTY öz fəaliyyətinə 2004-cü ildə başlayıb və cari ildə beşilliyini qeyd edir. Hər il NETTY 11 nominasiya üzrə Azərbaycanda ən yaxşı saytları mükafatlandırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR