Bank Of Baku

Yaxın aylarda Azərbaycan bazarına yeni smartfon çıxarılacaq

Yaxın aylarda Azərbaycan bazarına yeni smartfon çıxarılacaq
# 03 fevral 2009 14:08 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın «Mobitel» şirkəti bu ilin birinci yarısında Azərbaycanın mobil telefon aparatları bazarına «Nokia» şirkətinin (Finlandiya) istehsalı olan yeni N97 telefon modelini təqdim edəcək.
«APA-Economics»in məlumatına görə, «Nokia N97» mobil telefonu daha çox multimedia kompüteri adlandırmaq olar. Bu, «S60» proqram platformasının beşinci versiyası əsasında yaradılmış smartfondur. «Nokia N97» aparatı sensorlu displey, Qwerty-klaviatura və bir sıra əlavələrlə təchiz edilib. Aparat «Explore» kateqoriyasına aiddir, yəni bu telefonun əsas alıcıları heç bir yerdə rast gəlməyən çoxfunksiyalı aparatlarla maraqlanan gənc nəslin nümayəndələridir. Yeni model WAP, GPRS, EDGE, WiFi, Bluetooth, 3G, GPS xidmətlərini dəstəkləyir.
«Symbian OS v9.4, Series 60 rel.5» əməliyyat sisteminə malik olan aparat 5 meqapikselli kameraya, qurulmuş musiqi pleyerinə malikdir və 16 GB-dək yaddaş kartlarını dəstəkləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR